SON DƏQİQƏ
» » Həbsdə olan azərbaycanlı müğənni oğlu ilə ilk dəfə görüşdü – VİDEO

Həbsdə olan azərbaycanlı müğənni oğlu ilə ilk dəfə görüşdü – VİDEO

Tarix:

7-04-2017, 19:12

/ 6 953 dəfə oxundu.
Həbsdə olan azərbaycanlı müğənni oğlu ilə ilk dəfə görüşdü – VİDEO

Əməkdar artist Rəhman Rəhmanovun həbsdəki oğlu, müğənni Emil Rəhmanov ilk dəfə oğlunun üzünü görüb. 

 Bu görüş ARB TV-də yayımlanan "Elin gözü” verilişində baş tutub. Verilişin aparıcısı Elgiz Əkbər Emili oğlu Əli ilə görüşdürüb. 

Oğlunu ilk dəfə görən müğənni Emil Rəhmanov bunları söyləyib:

"Allah sizdən razı olsun. Mənim üçün böyük hədiyyə oldu. Övladım anadan olandan mən onun üzünü görməmişdim. Cəzamın bitməsinə az qalıb deyə mən onu indi görmək istədim. Daha əvvəl görsəydim, cəzamı çəkmək daha çətin olardı mənə. Çox darıxardım, fikrim qalardı onun yanında. Mənə çox oxşayır. Cavanlıq səhvinə görə düşdüm bura”. 

Qeyd edək ki, müğənni Emil Rəhmanov Şəbnəm Bəndəliyeva adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. Onların birgə həyatı uzun sürməyib. Cütlük 19 mart 2015-ci ildə rəsmən boşanıblar. Emil Rəhmanov ilk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunmuşdu. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ