Preziden İlham Əiyevin imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
E.Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə Yasamal RİH baçısının birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı Vilyam Hacıyev külli miqdarda rüşvət və korrupsiya faktı ilə yaxalanaraq, həbs edilib.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.