SON DƏQİQƏ

Məhkəmənin Vilyam Hacıyev barədə qərarı

Tarix:

6-05-2020, 20:35

/ 3 827 dəfə oxundu.
Məhkəmənin Vilyam Hacıyev barədə qərarı

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

 GunAz.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

18:20

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

 GunAz.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ