Prezident İlham Əliyev V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilsin".