SON DƏQİQƏ

Prezident üç nəfərə dövlət mükafatı verdi

Tarix:

26-05-2026, 16:54

/ 3 314 dəfə oxundu.
Prezident üç nəfərə dövlət mükafatı verdi

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
GunAz.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilir:
Elm sahəsi üzrə
Asəf Hacı oğlu Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına gör
Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə
Mədəniyyət sahəsi üzrə
Eldar Hidayət oğlu Mikayılzadə - "Azərbaycan xalçası - ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.
скачать dle 12.1

Şərhlər