SON DƏQİQƏ
» » Yuxuya gedərkən qəfil yıxılma hissinin SƏBƏBLƏRİ

Yuxuya gedərkən qəfil yıxılma hissinin SƏBƏBLƏRİ

Tarix:

22-05-2021, 08:09

/ 4 460 dəfə oxundu.
Yuxuya gedərkən qəfil yıxılma hissinin SƏBƏBLƏRİ

Bir çox insan yuxuya gedərkən sanki yıxılacaqmış kimi hiss yaşayıb, qorxur. Bunun bir sıra psixoloji tərəfləri ola bilər.
GunAz.az xəbər verir ki, psixoterapevt Rıdvan Üney bunun 7 əsas səbəbini açıqlayıb:
1. Yuxumuz bir-birini izləyən iki ayrı dönəmdən ibarətdir. Nonrem və rem dönəmləri adlanan bu müddət gecə 6-7 dəfə yaranır. Nonrem dönəmi yuxumuzun 75 faizini əhatə edər. Bu müddətdə ürək döyüntümüz və nəfəs alıb-verməyimiz azalır. Digər dönəm olan remdə isə beynimizin, göz əzələlərinin çalışma sürətini artar. Yuxumuzu da bu müddətdə görürük.
2. Qarabasmalar: Bu yuxu "infarktı" deyilən bir haldır. Yuxunun REM-NONREM dəyişimi arasında olur. Stresli dönəmlər isə daha da artar.
3. Panik atak: Hansısa bir səbəblə yaranan panik atak tam yuxuya gedərkən yaranır. Bu hal insanda yatağı sürüşür, yıxılacaqmış kimi bir hiss yarada bilər.
4. Yuxu pozuntuları: Gec yuxuya getmək, tez-tez və erkən oyanma, oyanmaqda çətinlik kimi bir çox əlamətlərlə qarşımıza çıxan yuxu pozuntularında bu hiss yaşana bilər.
5. Narahatlıq: Həyəcan, narahatlığın artdığı bir çox psixiatrik pozuntularda bu hala rastlanılır.
6. Stresli yaşam: İnsan gündəlik yaşamında çox stres yaşayır və kontrol edə bilmirsə, bədən bunlara reaksiya verir.
7. Bəzi dərmanlar: Gecə yatarkən alınan və təzyiqi ani düşürən bəzi dərmanlar bu hissin yaranmasına səbəb ola bilir. /medicina.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ