SON DƏQİQƏ
» » Gələn həftədən Azərbaycanda "Vaxzevria” vaksini də vurulacaq - RƏSMİ

Gələn həftədən Azərbaycanda "Vaxzevria” vaksini də vurulacaq - RƏSMİ

Tarix:

30-04-2021, 16:11

/ 3 537 dəfə oxundu.
Gələn həftədən Azərbaycanda "Vaxzevria” vaksini də vurulacaq - RƏSMİ

Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilir.

GünAz.az-a Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən birgə məlumatda bildirilir ki, "COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

 

Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

"COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria” vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ