SON DƏQİQƏ
» » Dünya nə zamana qədər vaksin vura-vura yaşayacaq? – ETİRAZ

Dünya nə zamana qədər vaksin vura-vura yaşayacaq? – ETİRAZ

Tarix:

23-04-2021, 18:22

/ 3 848 dəfə oxundu.
Dünya nə zamana qədər vaksin vura-vura yaşayacaq? – ETİRAZ

"Avropa Birliyi ölkələri bu günə 500 milyon dozaya yaxın vaksin alıb, bu ilin sonuna qədər daha 500 milyon doza alacaq. Dünən isə 2022-2023-cü illərdə 1,8 milyard doza vaksin satın alınacağı ilə bağlı yeni müqavilələr imzalanıb. Avropa Birliyi ölkələrində 500 milyona yaxın insan yaşayır, hamıya vaksin vurmaq üçün 1 milyard doza lazımdır, bu il proses tamamlanmalıdır”.

Bu barədə GünAz.az-a danışan ”REAL”ın icra katibi Natiq Cəfərli mövzu ilə bağlı vacib məqamlara diqqət çəkib. Partiya rəsmisi deyib ki, əgər vaksinləşmə virusdan qurtulmağın tək yoludursa, əgər vaksinləşmədən sonra "kütlə immuniteti” yaranacaqsa, o zaman niyə Avropa Birliyi 2022-2023-cü illər üçün əlavə 2 milyard dozaya yaxın vaksin sifariş edir?: "Niyə eyni yolla ABŞ, Kanada, Britaniya, İsrail də gedir?! Onlar da yaxın 2 il üçün əhali saylarından 3 dəfə artıq vaksin sifariş veriblər. Bu o deməkdirmi ki, vaksin dünya vətəndaşlarına hər 6-8 aydan bir vurulmalıdır?! Bu o anlama gəlmirmi ki, kütləvi immunitet yaranmır?! Dünya nə zamana qədər vaksin vura-vura yaşayacaq? Əgər vaksin virusdan qorumursa, nədən vurulur?! Qoruyursa, niyə təkrar vurulmalıdır?! Əgər vaksinin təsir müddəti 6 ay civarındadırsa, bu o deməkdirmi ki, ömrümüzün sonunadək hər kəsi 6 aydan bir vaksinləmək lazımdır?! Bəs bu qədər tez-tez vaksin qəbulunun insan orqanizmində hansı fəsadlara yol açacağını araşdıranlar varmı?! Əgər virusun fərqli ştamları yaranacaqsa, hansısa ölkələrdə virus ocaqları qalsa, sonradan həmin ocaqlar yenidən dünyaya yayılmayacaqmı?! Axı, Uxanda 1 nəfərdən başlayan virus cəmi 3 aydan sonra bütün qitələrə yayıldı”.

Natiq Cəfərli fikirlərini belə davam etdirib: "Mənin sahəm olmadığı üçün ancaq məntiq və ciddi mənbələrdən oxuduğum məlumatlar əsasında yaranan sulları yazdın, sual vermək, sorğulamaq düşünən insanın borcudur”.скачать dle 12.1

Şərhlər