SON DƏQİQƏ
» » ÜST fövqəladə vəziyyət rejimini üç ay uzatdı

ÜST fövqəladə vəziyyət rejimini üç ay uzatdı

Tarix:

19-04-2021, 21:08

/ 1 925 dəfə oxundu.
ÜST fövqəladə vəziyyət rejimini üç ay uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb.

GünAz.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.

Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.

"ÜST-ün baş direktoru COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyyəsi ilə razılaşıb”, – deyə ÜST-ün fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb.

скачать dle 12.1

Şərhlər