SON DƏQİQƏ
» » Vaksinasiyaya rəğmən ölkədə COVID-19-a yoluxma niyə artır? – Professor səbəbləri açıqladı

Vaksinasiyaya rəğmən ölkədə COVID-19-a yoluxma niyə artır? – Professor səbəbləri açıqladı

Tarix:

31-03-2021, 20:54

/ 4 354 dəfə oxundu.
Vaksinasiyaya rəğmən ölkədə COVID-19-a yoluxma niyə artır? – Professor səbəbləri açıqladı

"AztraZeneca” Şirkəti ilə əldə olunan razılığa görə, Azərbaycana aprel ayında  COVID-19 vaksin dərman vasitəsi göndəriləcək. Ümumilikdə "AztraZeneca” Şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Bəs yeni vaksinin ölkəyə gətirilməsi hansı müsbət nəticələrə səsb olacaq?. Ümumiyyətlə peyvəndləmənin həyata keçirilməsinə baxmayaraq, ölkədə virusa yoluxma halları niyə artıb?

Mövzu ilə bağlı GünAz.az-ın ünvanladığı sualları cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan "CoronaVax” vaksinini Türkiyənin köməkliyi ilə əldə etdik. Çünki "COVAX” platforması çərçivəsində bizə vaksin verilməsi həyata keçirilmədi: "Yəni ədalətsiz münasibət sərgiləndi. Artıq "AztraZeneca” vaksini müvafiq olaraq aprel-may aylarında Azərbaycana gətiriləcək və əhalinin peyvəndlənməsi həyata keçiriləcək. "AztraZeneca” çox gözəl vaksindir və onun haqda yayılan şaiyələr əsassızdır. Oxford universitetinin mütəxəssisləri tərəfindən hazırlanan tam həssas vaksindir”.

Adil Qeybullanın sözlərinə görə, yeni ştammlar daha çox yolxuculuq qabiliyyəti ilə fərqlənir: "Bu səbəbdən də, immuniteti olmayan adamlar xəstələnirlər. Bunlar yeni vaksin olunanlar, xəstəliyə çox klinik formada tutulanlar, yəni yüngül keçirənlər (hansılarda ki, anticismlər yarana bilməyib), birdə ki heç yoluxmayanlardır. Ona görə də yoluxmalar hələ davam edir. Bir də ki, restoran və digər qapalı məkanlarda təmaslar daha çox artıb. Buna isə təəssüflər olsun ki, göz yumulur və ona görə də ciddi yoluxma potensialı yaranır”.

Professor əlavə edib ki, ölkəyə yeni vaksinlər gətirildikdən sonra, əhalinin immunizasiyası davam etdiriləcək: "Çünki biz pandemiyanın sonrakı mərhələlərdə necə davranacağını bilmirik. Biz immunizasiyaya getməliyik. Bu özü kollektiv immunitetə gedən yolu qısaldır. Hesab edirəm ki, vaksinlər gəldikcə, insanların immunizasiyası imkanları artacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ