SON DƏQİQƏ

Azərbaycan Rusiyadan 300 min doza vaksin alır

Tarix:

11-03-2021, 16:26

/ 5 762 dəfə oxundu.
Azərbaycan Rusiyadan 300 min doza vaksin alır

Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının HUMAN VACCINE MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza "Sрutnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ