SON DƏQİQƏ

Bayramda peyvənd məntəqələri işləyəcək?

Tarix:

15-03-2021, 17:57

/ 1 923 dəfə oxundu.
Bayramda peyvənd məntəqələri işləyəcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramının tətil günlərində peyvənd məntəqələrinin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

GünAz.az xəbər verir ki, agentlikdən Report-a peyvənd məntəqələrinin bayram günlərində növbəlilik prinsipi ilə işləyəcəyini bildirilib.

Lakin bazar günü məntəqələr bağlı olacaq.

Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVak” şirkətinin istehsal etdiyi "KoronoVAK” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ