SON DƏQİQƏ
» » Tibb işçilərinə vaksin məcburi vurulur? - Rəsmi

Tibb işçilərinə vaksin məcburi vurulur? - Rəsmi

Tarix:

23-01-2021, 15:09

/ 5 903 dəfə oxundu.
Tibb işçilərinə vaksin məcburi vurulur? - Rəsmi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

"Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.


скачать dle 12.1

Şərhlər