SON DƏQİQƏ
» » Bu yeməkləri mikrodalğalı sobada isitməyin - DİETOLOQDAN XƏBƏRDARLIQ

Bu yeməkləri mikrodalğalı sobada isitməyin - DİETOLOQDAN XƏBƏRDARLIQ

Tarix:

15-02-2021, 17:17

/ 6 947 dəfə oxundu.
Bu yeməkləri mikrodalğalı sobada isitməyin - DİETOLOQDAN XƏBƏRDARLIQ

Rusiyalı dietoloq Yelena Solomatina mikrodalğalı sobada isidilməməli olan qidaları sadalayıb.

Mütəxəssis qızdırıldıqda bir çox məhsulun faydalı xüsusiyyətlərini itirdiyini və bəzən zəhərə çevrildiyini açıqlayıb. Xüsusilə mikrodalğalı sobada C vitamini faydasız komponentlərə parçalanır, təmizlənməmiş yağlar oksidləşir və kanserogenə çevrilir.

Soyuducudan çıxarılan tərəvəz salatını isitmək fikri də yaxşı deyil. Solomatinanın sözlərinə görə, bitkilərin tərkibindəki nitratlar qızdırıldıqda zəhərli nitrosaminə çevrilir.

Həmçinin soyuq qazlı suyu qızdırmaq yaxşı fikir deyil. Çünki ona aspartam kimi qatqı maddələri əlavə olunur, yüksək temperatura məruz qaldıqda arsen ilə toksikliklə müqayisə edilə bilən formaldehidə çevrilir.

Dietoloq Solomatina rəfinə edilmiş pendirin təhlükəsindən də danışıb. Dediyinə görə, rəfinə edilmiş pendirin həddindən artıq istifadəsi tərkibindəki fosfatların bədəndən kalsiumu çıxarmasına səbəb ola bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ