SON DƏQİQƏ

Uşaqlarınızı daha ağıllı edəcək 7 QİDA

Tarix:

11-02-2021, 16:31

/ 5 883 dəfə oxundu.
Uşaqlarınızı daha ağıllı edəcək 7 QİDA

Uşaqların daha ağıllı olmasına kömək edəcək bəzi qida məhsullarının adları açıqlanıb.

Xarici mətbuata istinadla siyahını təqdim edirik:

1. Soyulmuş yulaf: Tərkibində karbon və hüceyrə əmələ gətirən mənbələr var. Tərkibindəki B vitaminləri sinir sistemini dəstəkləyir və şəkər səviyyəsini sabitləşdirir.

2. Yaşıl tərəvəzlər: Məsələn, ispanaq vitaminlər, minerallar, antioksidanlar mənbəyidir. Bunlar beyin sağlamlığı üçün çox vacibdir.

3. Qurudulmuş meyvələr və peçenye: Qoz, badam, fıstıq diafraqma sinirlərini güclü E vitamini ilə antioksidan olaraq qoruyur.

4. Rəngarəng tərəvəzlər: Pomidor, balqabaq və yerkökü antioksidan olaraq beyin hüceyrəsinin sağlamlığı üçün çox vacibdir.

5. Yağlı balıq: Uşağın beyni üçün çox vacibdir. Omega 3 ilə zəngin olan bu məhsul beynin inkişafı, ürək və damarların normal işləməsi üçün vacibdir. D vitamini ilə də zəngin olan yağlı balıq, sümüklər və sinir sisteminin sağlamlığı üçün də vacibdir.

6. Qatıq: Uşağın immunitet sistemini gücləndirir və tərkibindəki bakteriyalarla həzmi tənzimləyir. Mükəmməl D vitamini anbarıdır.

7. Yumurta: Tərkibində A, D, E və B12 vitaminlərini saxlayır. Yumurtanın sarısı beynin inkişafına kömək edir və yaddaşı gücləndirir. Yumurtanın sarısındakı dəmir beynin inkişafı üçün vacibdir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ