SON DƏQİQƏ

Səhərlər yaranan bel ağrısının səbəbləri

Tarix:

11-02-2021, 08:34

/ 5 603 dəfə oxundu.
Səhərlər yaranan bel ağrısının səbəbləri

"Yuxu zamanı onurğada qan dövranı ləngiyir və hipoksiya artır. Nəticədə səhərlər insanda bel ağrıları yarana bilər”.

"Report”un məlumatına görə, bunu neyrocərrah Vladimir Qerasimenko "Moskva danışır" radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, səhər qalxdıqda ağrının əlamətini aradan qaldırmaq üçün onurğanı istiləşdirmək, əzələləri boşaltmaq lazımdır:

"Lakin hərəkət etdiyiniz zaman ağrılar artırsa bu, Osteoxondroz, daha doğrusu onurğa stenozu və ya bel yırtığı ola bilər. Çox vaxt kəskin bel ağrısı ağırlıq qaldırarkən baş verir. Bu baxımdan yükü götürməzdən əvvəl düşünün”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ