Artıq çəkidən əziyyət çəkən xanımlar, əlavə xərclər çəkmədən bunu ev şəraitində də bacara bilərsiniz.
Tərəvəz və suyun daxil olduğu detoks proqramını təqdim edir.
Detoks proqramı:
Tətilə çıxmazdan əvvəl 2-3 kilo arıqlamaq istəyirsinizsə, bunu su dietasıyla 5 gündə edə bilərsiniz.
Ancaq bu dieta ürək və şəkər xəstələri, hamilə qadınlar və süd verən analara qadağandır.
Bu da möcüzə dietanın detalları:
Ara yeməyində: 1 stəkan cökə, çobanyastığı və melisa yarpağının çayı, 1 stəkan ilıq su və 1 çay qaşığı zəncəfil tozundan hazırlanmış çay
Günorta: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, bolluca yaşıl salat (avakado, turp, təzə soğan, tərə, roka, cəfəri, pomidor, yağ və limon)
Ara yeməyi 1: 3 bütöv qoz (Ara yeməkləri 1 saat fasilə ilə yeyilməlidir)
Ara yeməyi 2: 2 dilim ananas, 1 alma, 1 stəkan zəncəfil tozunun çayı.
Ara yeməyi 3: 1 dilim tam buğda çörəyi, 1 dilim pendir, pomidor, xiyar və cəfəri, 1 stəkan çobanyastığı çayı.
Axşam: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, 1 pors qaynadılmış tərəvəz (zövqə görə üzərinə bir az zeytun yağı, bol limon ilə kətan toxumu əlavə edilə bilər) 1 qutu probiotik qatıq.
Ara yeməyi: 2 dilim ananas, 15-20 ədəd qara üzüm, 4 təzə ərik, 2 stəkan ilıq limonlu su.