SON DƏQİQƏ
» » Myasnikov qəhvənin təsiri barədə şayiələri yalanladı

Myasnikov qəhvənin təsiri barədə şayiələri yalanladı

Tarix:

22-12-2020, 19:15

/ 5 875 dəfə oxundu.
Myasnikov qəhvənin təsiri barədə şayiələri yalanladı

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov qəhvənin zərərləri ilə bağlı fikirləri inkar edib.

Həkim "Rossiya-1” telekanalının efirində qəhvənin atrial fibrilasiyalı insanlara mənfi təsiri olmadığını deyib.

"Qəhvənin hipertoniyaya, aritmiyaya səbəb olduğu və ürəyə ziyan vurduğu iddiaları doğru deyil. Aritmiya ürək döyüntülərinin pozulmasıdır, bu, qan laxtalanmasına səbəb olur. Qəhvə bu xəstəliyə səbəb olmur, əksinə, hətta faydalı ola bilər. Odur ki, zərərli sayılmır.

Həm də bu populyar içki bədənə tanış olduğu təqdirdə qan təzyiqinin artmasına gətirib çıxarmır. Bundan əlavə, qəhvə ürək-damar xəstəlikləri olan insanlarda infarktın və qaraciyər xərçənginin qarşısını alır”, - Myasnikov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ