SON DƏQİQƏ
» » Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb

Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb

Tarix:

19-12-2020, 09:37

/ 5 905 dəfə oxundu.
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb

Dar dəhlizlərdə hava axınının dinamikası koronavirusa yoluxma riskini artırır. 

Amerikalı alimlərin bu barədə araşdırmaları "Physics of Fluids” jurnalında dərc edilib.

Amerika Fizika İnstitutunun mütəxəssisləri simulyasiyalardan istifadə edərək insanı əhatə edən məkanın gəzinti zamanı virus hissəciklərinin yayılmasına necə təsir etdiyini öyrəniblər. Əvvəlcə hava axını sxemlərini təyin edib, sonra asqıranda və ya öskürəndə insanın ağzından atılan damcı buludunun dağılmasını proqnozlaşdıran bir proqram yaradıblar.

Alimlər iki dispersiya rejimini tapıb. Birincisində, açıq sahələrə xas olan və meydana gələn damcı buludu insanın ətrafında qalıb və tədricən dağılıb. İkincisində, dar dəhlizlərə xas olan bulud hərəkət edən şəxsdən ayrılıb və çox geridə qalaraq köpük əmələ gətirib.

Mütəxəssislər ikinci vəziyyətdə yoluxma riskinin daha yüksək olduğu qənaətinə gəlib.

скачать dle 12.1

Şərhlər