SON DƏQİQƏ

Koronavirus qida ilə yayıla bilər?

Tarix:

17-08-2020, 11:34

/ 3 057 dəfə oxundu.
Koronavirus qida ilə yayıla bilər?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər hansı bir qida vasitəsilə koronavirusa yoluxma hadisəsindən xəbərsiz olduğunu bildirib.

Bu barədə Medical Xpress nəşri ÜST rəsmilərinin açıqlamasına istinadən məlumat yayıb.

Təşkilat Çin alimlərinin COVID-19 izləri olan qidaları istifadə edən insanları sınayan bir araşdırmasına istinad edir. Xüsusilə virus çərşənbə axşamı Braziliyadan Çinin Şençjen şəhərinə gətirilən dondurulmuş toyuq qanadlarının bir dəstəsində aşkar edilib.

Şəhər rəhbərliyi qida qablaşdırması ilə təmasda olan şəhər sakinlərini, həmçinin onların yaxınlarını yoxlayıb və heç birinin bu virusa yoluxduğu aşkarlanmayıb.

ÜST koronavirusun qida yolu ilə yoluxma riskinin yüksək olduğu mifini də ortadan qaldırıb.

Mütəxəssislər, Ekvadordan koronavirusa yoluxmuş krevetkaların Çinin Anhui əyalətində bir restoranın soyuducusunda saxlanıldığını söyləyib.

Yeməklə təmasa girən və onları istaidə edən insanların testləri mənfi nəticələr göstərib.

"Koronavirusun ötürülməsində qidaların roluna dair heç bir dəlil yoxdur”. Bunu ÜST-ün Fövqəladə Hallar üzrə İcraçı direktoru Maykl Rayan bildirib.

ÜST məsləhətçisi, epidemioloq Mariya Van Kerkhove Çin səlahiyyətlilərinin COVID-19-un qida yolu ilə ötürülməsi məsələsini diqqətlə araşdırdığını qeyd edib.

Onun sözlərinə görə, mütəxəssislər bir neçə yüz min qablaşdırılan qida  nümunəsini yoxlayıblar və 10-dan az müsbət nəticə tapıblar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ