SON DƏQİQƏ

Korona dərmanları fəsad yarada bilər – Həkim

Tarix:

15-12-2020, 13:26

/ 5 906 dəfə oxundu.
Korona dərmanları fəsad yarada bilər – Həkim

Koronavirusa qarşı atılan antiviral dərmanlar orqanizmdə fəsadların yaranmasına səbəb ola bilər.

Bunu həkim Qalib Əsədov COVİD-19-a qarşı istifadə edilən dərmanların orqanizmdə yarada biləcəyi fəsadlardan danışarkən deyib. O bildirib ki, bu dərmanlar düzgün dozada qəbul edilməsə, qaraciyər və böyrəklərdə ciddi problemlər yarada bilər:

"Düzdür, tək koronaya deyil, bütün xəstəliklərə qarşı istifadə edilən dərmanların zərərli və yan təsirləri olur. Həkimlər bu səbəbdən xəstələrə dərman yazarkən onun yan təsirlərini, xəstənin çəkisini, yaşını, yanaşı xəstəliklərinin olub-olmamasını nəzərə alaraq dozasını təyin edir. Antiviral dərmanlar zəhərdir və bu dərmanların qaraciyərə, böyrəklərə təsiri var. Həkim dərmanın dozasını təyin edərkən onun qaraciyər, böyrək göstəricilərini də nəzərə almalıdır. Bu dərmanları özbaşına qəbul etmək olmaz. Hətta qandurulducu dərmanları belə xəstə özbaşına qəbul etməməlidir. Həkim nəzarəti olmadan onların qəbulu qanaxmaya səbəb ola bilər. Həmçinin xəstənin təzyiqi yüksəkdirsə və qandurulducu qəbul edərsə, beyinə qansızma baş verə bilər. Ona görə də təzyiqli xəstələrə bu tip dərmanlar yazılanda təzyiqini aşağı salan dərmanlar verilir”.

Həkimin sözlərinə görə, bu gün dünyada mümkün qədər az dərman və kimyəvi maddə tətbiq olunmasına çalışılır:

"Koronavirusa yoluxan xəstələr 80 faiz hallarda heç bir dərman atmadan sağalır. Biz daha çox bol maye qəbulunu, sitrus meyvələri yeməyi və mürəbbəli çayı tövsiyə edirik. Virusa yoluxanlarda qızdırma düşməzsə və orqanizmdə müəyyən zəiflik olarsa, antiviral dərmanlar qəbul edilə bilər”.


скачать dle 12.1

Şərhlər