SON DƏQİQƏ
» » Pandemiyadan altı ay əvvəl aşkarlanan koronavirus izləri

Pandemiyadan altı ay əvvəl aşkarlanan koronavirus izləri

Tarix:

17-11-2020, 16:02

/ 4 916 dəfə oxundu.
Pandemiyadan altı ay əvvəl aşkarlanan koronavirus izləri

İtalyan alimlər patogenin genişmiqyaslı yayılmasından altı ay əvvəl, 2019-cu ilin sentyabrında asimptomatik xəstələrdən alınmış qan nümunələrində SARS-CoV-2-yə antikor tapdıqlarını bildirib.

Məlumat SAGE jurnalında nəşr olunub.

Tədqiqatçıların fikrincə, gözlənilməz nəticələr pandemiyanın Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin düşündüklərindən daha erkən başlaya biləcəyini göstərir. Alimlər 2019-cu ilin sentyabr və 2020-ci ilin mart ayı arasında ağciyər xərçəngi tarama testlərindən keçmiş 959 nəfərdən 111-də koronavirusa qarşı antikorlar müəyyənləşdirib. Nəticələrin 14 faizi 2019-cu ilin sentyabr ayında, 30 faizdən çoxu isə 2020-ci ilin fevral ayının ikinci həftəsində aşkar edilib. Eyni zamanda, COVID-19-a qarşı antikorları olan xəstələrin 50 faizindən çoxu İtaliyanın şimalındakı Lombardiya bölgəsində qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, nəticələr pandemiya başlamazdan bir neçə ay əvvəl İtaliyada asimptomatik insanlar arasında virusun qəribə dövranı olduğunu göstərir.

Eyni zamanda, virusa yoluxmayanlarda koronavirusa qarşı antikorların aşkarlanması istisna deyil. Məsələn, SARS-CoV-2-yə qarşı antikorların soyuqdəyməyə səbəb olan əlaqəli virusa yoluxanlarda görünə biləcəyi məlumdur. Koronavirusu neytrallaşdıran antikorların 2003-cü ildə də SARS xəstələrinin bədənində mövcud olduğuna dair dəlillər mövcuddur.

İtalyan alimlərin qənaətini təsdiqləmək üçün əlavə tədqiqat aparmağa ehtiyac olduğu bildirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ