Sarımsaq çoxları tərəfindən demək olar ki, əksər xəstəliklərin dərmanı hesab olunur. Bu bitki antibakterial və antiviral xüsusiyyətlərə malikdir, immnuniteti stimullaşdırır. Ancaq rusiyalı qastroenteroloq Nikita Xarlov sarımsağı çiy halda yeməməyi məsləhət görüb.
Ekspert bu barədə "Sputnik” radiosunun efirində qonaq olarkən danışıb.
"Çiy sarımsaq yalnız bakteriya və göbələkləri öldürmür, həzm sisteminin selikli qişasını qıcıqlandırır”, - mütəxəssis izah edib.
Sarımsağın koronavirusun müalicəsində təsirindən söz açan Xarlov vurğulayıb ki, qıcıqlanmış bağırsaq sindromlu insanlarda sarımsaq ciddi əks reaksiyaya səbəb ola bilər. Bundan başqa, sarımsağı buruna sürtmək selikli qişanın qıcıqlanması nəticəsində qoruyucu baryerin azalmasına və ödemin meydana gəlməsinə yol aça bilər.