SON DƏQİQƏ
» » Bu insanlar sarımsaq yeməməlidir - HƏKİMLƏRDƏN XƏBARDARLIQ

Bu insanlar sarımsaq yeməməlidir - HƏKİMLƏRDƏN XƏBARDARLIQ

Tarix:

27-03-2018, 18:00

/ 10 523 dəfə oxundu.
Bu insanlar sarımsaq yeməməlidir - HƏKİMLƏRDƏN XƏBARDARLIQ

Sarımsaq ən faydalı tərəvəzlərdən biri sayılır. Sarımsaq orqanizmə güclü virus və mikrob əleyhinə təsir edir, qurdları öldürür, damarların sağlamlığını qoruyur, xərçəng xəstəliyinin qarşısını alır.

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi insanlara sarımsaq yemək olmaz.

Gunaz.az xəbər verir ki, qaraciyər və böyrək xəstəlikləri olan insanlar  sarımsaq yeməməlidir ki, bu xəstəliyin daha da kəskinləşməsinə səbəb ola bilər.

İshala meylli olan insanlar da sarımsaqdan imtina etməlidir. Sarımsaq bağırsaqları qıcıqlandırır, ishalın güclənməsinə səbəb olur.

Ekspertlərin fikrinə görə, aşağı təzyiq, aritmiya, öd daşı xəstəliyi, pankreatit və babasil kimi xəstəlikləri olan insanlara sarımsaq ziyan vura bilər.

Həmçinin cərrahi əməliyyatdan əvvəl də sarımsaq yemək olmaz ki, sarımsaq qanı duruldur, qanaxmanın riskini artırır.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ