SON DƏQİQƏ
» » Kifayət qədər Günəş şüası almayanlar D vitaminini əvəz edən qidalara üstünlük verməlidirlər

Kifayət qədər Günəş şüası almayanlar D vitaminini əvəz edən qidalara üstünlük verməlidirlər

Tarix:

2-09-2020, 22:50

/ 1 344 dəfə oxundu.
Kifayət qədər Günəş şüası almayanlar D vitaminini əvəz edən qidalara üstünlük verməlidirlər

Pandemiya dövründə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq kifayət qədər günəş şüası almaqda çətinlik çəkənlər olur və bu halda D vitamini çatışmazlığı yarana bilər. Ürək-damar xəstəliklərinin qarşısını alan həmin vitamin çatışmadıqda bu, reproduktiv sağlamlığa mənfi təsir edir. Xüsusilə yaşı 35-i ötənlərdə həmin vitaminin azlığına daha çox rast gəlinir.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva bu barədə deyib: "Bəzən heç bir mütəxəssislə məsləhətləşmədən aptekdən D vitamini alıb qəbul edənlər də olur, lakin bu, düzgün deyil. Yalnız müayinə edilib orqanizmdə D vitaminin səviyyəsini öyrəndikdən sonra həftədə bir dəfə D vitamini qəbul etmək olar".

Qidalardan da D vitamini almaq mümkündür. Həkim-terapevtin dediyinə görə, Günəş şüaları çatışmazlığı zamanı həmin vitamin qidalar vasitəsilə qəbul edilməlidir: "D vitamini daha çox Omeqa yağlarında olur, balıq məhsullarının tərkibində də bu vitamin çoxluq təşkil edir. Çörək və qənd üzərinə Omeqa yağı damızdıraraq qəbul etmək də ona olan tələbatı aradan qaldıra bilər".

D vitaminin həddindən artıq qəbulu baş gicəllənməsi, ürəkbulanma, qəbizlik, ürək ritmində zəifləmə kimi əlamətlərlə nəticələnə bilər. Ona görə də vitaminlərin istifadəsi mütləq həkim nəzarəti altında olmalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ