Müayinəsiz və həkim təyinatı olmadan D vitamini qəbul etmək olmaz.
Bu sözləri pediatr Vaqif Qarayev pandemiya dövründə ev şəraitində çox vaxt keçirildiyi üçün D vitamini qəbul edənlərin sayının çox olması ilə bağlı danışarkən deyib.
Həkim bildirib ki, özünümüalicə ilə məşğul olmaq olmaz:
"Həkim məsləhəti yoxdursa, D vitamini qəbul etmək məsləhət deyil. Fəsadları çox olacaq. Yazda qəbulu vacibdi deyib, özünümüalicə ilə məşğul olmayın. Xüsusilə həkim məsləhət görməyibsə, uşaqlara bu vitamini verməyin”.