SON DƏQİQƏ
» » Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

Tarix:

17-08-2020, 10:22

/ 3 086 dəfə oxundu.
Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

Koronavirus pandemiyası zamanı plastik cərrahlara müraciət edənlərin sayı kəskin artıb.

Bu barədə "The New York Times” məlumat yayıb. Atlanta Mərkəzinin plastik cərrahı Diana Aleksandr xəstə sayının son aylarda artdığını söyləyib. O bildirib ki, görünüşlərindən şikayət edən insanlar həkimlərə daha çox müraciət etməyə başlayıb:

"Heç vaxt bu qədər çox əməliyyat keçirməmişəm və bu yaykı qədər pasiyent qəbul etməmişəm”.

Mütəxəssislər pandemiya və pandemiyanın məhdudlaşdırıcı tədbirlərinin tətbiqi zamanı müraciətlərin artmasını evdə qalan bir çox insanın öz görünüşünə daha çox diqqət yetirməyə başlaması, nəticədə güzgüdə gördüyü qüsurlarından xilas olmaq istəyi ilə izah edib.

"The New York Times” bu tendensiyanı gözlənilməz adlandırır, çünki ABŞ-da plastik əməliyyat olduqca bahadır. Müxtəlif prosedurların dəyəri 3,3-25 min dollar arasında dəyişir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ