SON DƏQİQƏ

Rəsmi Ankaradan "New York Times"a təkzib

Tarix:

6-01-2019, 08:54

/ 10 194 dəfə oxundu.
Rəsmi Ankaradan "New York Times"a təkzib

Türkiyə Prezident Administrasiyası "New York Times" qəzetində dərc edilən "Türkiyədən köç" başlıqlı məqalədə qeyd olunanlarla bağlı məlumat yayıb.

"New York Times" qəzeti Türkiyə Statistika Komitəsinə istinadən 2017-ci ildə Türkiyədə bir milyona yaxın vətəndaşın ölkəni tərk etdiyini yazıb.

Türkiyə Prezident Administrasiyası məlumatı təkzib edərək Statistika Komitəsində belə bir rəqəmin qeyd olunmadığını bəyan edib: "Türkiyə Statistika Komitəsinin məlumatında 2017-ci il üzrə Türkiyəni bir milyon deyil, 113 min 326 nəfərin tərk etdiyi qeyd olunub. "New York Times" qəzetinin qeyd etdiyi göstərici Türkiyəni tərk edən ölkə vətəndaşlarının deyil, bütün şəxslərin sayını özündə ehtiva edir".

скачать dle 12.1

Şərhlər