SON DƏQİQƏ

Baş həkim bu səbəbdən işdən azad edildi

Tarix:

22-04-2020, 18:32

/ 2 284 dəfə oxundu.
Baş həkim bu səbəbdən işdən azad edildi

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsindən uzaqlaşdırılıb.
Bu gün Goranboy Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in nümayəndəsinin iştirakı ilə iclas keçirilib. İclasda xəstəxananın Baş həkimi Rüstəm Budaqov və reanimasiyanın şöbə müdiri Şubay Hacıyevin koronavirusla mübarizə tədbirlərinə laqeyd münasibəti müzakirə olunub. Baş həkim bu səbəbdən də işdən azad olunub. Bundan əlavə Rüstəm Budaqovun fəaliyyət dövrünün yoxlanılması ilə bağlı qərar verilib.
Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi Rüstəm Budaqov isə açıqlamasında işdən çıxması ilə bağlı məlumatı belə təsdiqləyib:
"İşdən çıxdım. Biz TƏBİB-ə tabeyik. Mən bir həftə bundan öncə ərizə ilə müraciət etmişdim. Onlar da bu gün ərizəmə baxıb məni azad etdilər. Onlar getməyimi istəmirdi. Amma bildirdim ki, səhhətim yerində deyil, əməliyyat olunmalıyam, ürəyimdə problem var. Amma Subay Hacıyev işinin başındadır”.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə məsələdən məlumatsız olduğunu dedi:
"Tədbirdəyəm. İki saatdan sonra məsələ ilə maraqlanıb məlumat verə bilərəm”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ