SON DƏQİQƏ
» » Xərçəngin müalicəsində yeni dərman tapıldı – İnanılmaz

Xərçəngin müalicəsində yeni dərman tapıldı – İnanılmaz

Tarix:

25-01-2019, 20:34

/ 10 520 dəfə oxundu.
Xərçəngin müalicəsində yeni dərman tapıldı – İnanılmaz

Zərdəçaldan əldə edilə "curcumin" molekulu ilə xərçəngin müalicəsində müvəffəqiyyətli nəticələr əldə edən KTO Karatay Universitetinin müəllimi, Doktor Mutlu Demiray inkişaf etdirdiyi formul üçün patent alıb.

Teleqraf.com xəbər verir ki, hazırda Mutlu Dəmiray Səhiyyə Elmləri Universitetində işlərini davam etdirir.

Təbii ənənəvi molekulları insanlığın xidmətinə təqdim edəcəyini deyən Mutlu Dəmiray bu sahədə böyük dərman firmaları ilə rəqabət aparmağın zorlu və çətin olduğunu da dilə gətirib:

”Zərdaçalın xərçəngin müalicəsində işə yaradığını göstərən minlərcə araşdırmalar aparılıb. Təxminən 6 ildir bunu üzərində işləyirik və biz bir xəstənin zərdəçal ilə sağala biləcəyini göstərdik. Bunlar böyük firmaların istehsal etdiyi dərman qədər təsirli olacaq.

Birbaşa zərdəçalı damara verə bilsək və ya onu qana keçirəcək formulu tapsaq, bu, xərçəngin müalicəsində çox işə yarayacaq.

Zərdəçalı təsirli bir dərmanla istifadə etdikdə, o şişi müalicə edə bildik. Amma tək başına dərman xərçəngi müalicə etmirdi.

Zərdəçalın tərkibindəki “curcumin” maddəsi qana keçmir, yağda həll olunur. Bundan başqa texnoloqlarımızla birlikdə zərdəçalı birbaşa şişə göndərəcək metodu da patentləmək istəyirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ