Türkiyə Elmi və Texnoloji Araşdırmalar Mərkəzi fındığın qabığından, budağından və yarpaqlarından xərçəngin müalicəsində istifadə olunacaq maddə əldə ediblər.
GunAz.az xəbər verir ki, Türk alimlər 2 il ərzində labaratoriya şəraitində fındıq tullantıları üzərində araşdırma aparıblar. Uzun müddət heyvanlar üzərində keçirilən sınaq testləri nəticəsində dünyadakı satış həcmi 2 milyard dollar olan 3 kimyaterapiya dərmanının təsir maddəsi əldə edilib.
Sözügedən maddənin əlaqədar firmalar tərəfindən dərmana çevrilərək xərçəngin müalicəsində istifadə olunması istiqamətində işlərin aparıldığı bildirilib.