SON DƏQİQƏ

Xar tutun bilmədiyimiz faydaları

Tarix:

31-05-2018, 17:55

/ 23 643 dəfə oxundu.
Xar tutun bilmədiyimiz faydaları

Yay aylarının ən ləziz və zəngin qidalarından biri də xar tutdur.

Gunaz.az xəbər verir ki, tutun bu növü böyrək yağını qidalandırır, boğazda iltihablanma, qızılca və su çiçəyi kimi xəstəliklərə faydalıdır.

Ağ və xar tut bəhməzi isə mədə-bağırsaqda olan bir çox xəstəliklərə müsbət təsir göstərir.

Xar tutun şəkər, təbii turşular, boya maddəsi, petkim və C vitamini kimi maddələrlə zəngin olduğu sübut edilib. Bu meyvələrdən alınan doşab, bəhməz, mürəbbə kimi məhsullar ürək zəyifliyinin, mədə-bağırsaq xəstəliklərinin müalicəsində kifayət qədər faydalı təsirlərini göstərir. Sidikqovucu təsiri olan bu qida növü qanın artırılmasında öz təsirini tez bir zamanda hiss etdirir. Hətta su ilə qarışdırılıb qarqara edildiyi zaman ağız içindəki iltihablara da kömək edir.

Xar tutun bilmədiyimiz faydaları

 

Eyni meyvənin bir digər növü sayılan ağ tutun isə qaraciyəri möhkəmləndirdiyi, mədə-bağırsağı fəaliyyətə gətirdiyi, sidikqovucu xüsusiyyətinin olduğu tibbdə sübut olunub.

Araşdırmalara görə ağ tutun yarpaqlarını qaynadıb içən şəxslərin bədənlərindəki hərarət aşağı düşür, böyrək yağını isə əridir. Ağ və xar tut meyvəsi bədəni ümumilikdə gücləndirir, qanı artırır, iştah açıcı xüsusiyyəti də var.

Xar tut, yəni qara tutun meyvə şəklində çiy olaraq istifadəsi ağızdakı və boğazdakı iltihablanmanı azaldır. Qara – xar tutun yarpaqları isə şəkər xəstələri üçün istifadə edilir.

скачать dle 12.1

Şərhlər