SON DƏQİQƏ

Balıq yağının inanılmaz - FAYDALARI

Tarix:

14-04-2018, 16:28

/ 10 634 dəfə oxundu.
Balıq yağının inanılmaz - FAYDALARI

Tibbi və Aromatik bitkilər mütəxəssisi Yeliz Yaman əhəmiyyətli bir enerji qaynağı olan balıq yağının faydalarından bəhs edib.

Gunaz.az xəbər verir ki, omega-3 qaynaqlı balıq yağının gündəlik istifadə edildikdə ürək, göz, beyin sağlamlığına faydalı olduğunu, immunitet sistemini gücləndirdiyini bildirib. Həmçinin son araşdırmalara görə, əsəb sisteminin pozulmasına səbəb olan depressiya kimi vəziyyətlərin azalmasına da təsir edir.

Bundan başqa Y. Yaman balıq yağının ana bətnindəki körpənin inkişafı üçün əhəmiyyətli olduğunu bildirib.

Kifayət qədər balıq, qoz, fındıq kimi qidaları qəbul etməyən insanların sağlam olmadığını deyən Yaman “ Təbii olaraq dənizdən tutulan balıqlar tligserid tərkiblidir. Bir də etil estil tərkibli balıqlar var ki, bunlar kimyəvi tərkibli balıqlar olaraq tanınır. Buna görə də balıq alarkən buna diqqət etmək lazımdır” deyib.

Dünya Sağlamlıq Təşkilatı gündə ən az 300- 500 milli qram omega-3 qəbul edilməsini tövsiyyə edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ