SON DƏQİQƏ

Məşhur professordan FAYDALI MƏSLƏHƏTLƏR

Tarix:

3-04-2018, 14:32

/ 10 624 dəfə oxundu.
Məşhur professordan FAYDALI MƏSLƏHƏTLƏR

Zaman-zaman sağlam qidalanma ilə bağlı mübahisələr yaşanır. Hətta elə olur ki, insanların illərlə istifadə etdiyi hansısa qidanın orqanizmə zərərli olduğu bildirilir, yaxud da əksinə. Türkiyənin məşhur professoru, daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis Canan Karatay bütün bu mübahisələri alt-üst edəcək fikirlər irəli sürüb. Gunaz.az məşhur həkimin açıqlamalarını diqqətinizə çatdırır.

 

Kilkə balığını qızartmaq xərçəng yaradır

 

- Bu balığı yemək faydalıdır, bir şərtlə ki, qızartmayasınız. “Qızartmayın” deyəndə mənə əsəbiləşirlər, amma qızartdıqda sağlamlıq üçün təhlükəli olur. Qızartma kanserogendir, təhlükəlidir.

 

Təbii kərə yağını səhər-axşam yeyə bilərsiniz

 

- Təbii kərə yağını səhər-axşam yeyə bilərsiniz. Həmçinin əridib içə bilərsiniz. Əvvəllər səhər-axşam qovurma yemək mədəniyyəti var idi. Qovurmanı quyruq yağı ilə bərabər yeməlisiniz. Deyirlər, yağ ürək xəstəliyi yaradar. Amma faktdır ki, quyruq yağını əridib içənlər 90-95 yaşına qədər yaşayırlar. Trans yağlar, ya da marqarin dediyimiz yağlar təhlükəlidir. Yoxsa illərdir, əsrlərdir yediyimiz təbii yağlar niyə təhlükəli olsun ki?!

 

Bol-bol çay, ya da qəhvə


- Bununla yanaşı çay da çox vacibdir. Bol-bol çay içə bilərsiniz. Şəkərsiz olmaq şərti ilə. Çayın tərkibin də güclü antioksidant var. Ona görə içməyiniz faydalıdır. Çay da, qəhvə də məsləhət görürəm. Fındıq da çox əhəmiyyətlidir. Bol-bol fındıq yeyib, çay içə bilərsiniz. Fındıq, fıstıq, həm qan yaradır, həm isidir. Fındıq təbiətin mineral, vitamin, karbohidrat, Omega-3 anbarıdır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ