SON DƏQİQƏ
» » Gündə 10 qram qoz və ya yerfındığı yesəniz - İNANILMAZ FAYDA

Gündə 10 qram qoz və ya yerfındığı yesəniz - İNANILMAZ FAYDA

Tarix:

20-11-2017, 07:15

/ 1 539 dəfə oxundu.
Gündə 10 qram qoz və ya yerfındığı yesəniz - İNANILMAZ FAYDA

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

Gunaz.az məlumatına görə, bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstıqın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb. (Azərtac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ