SON DƏQİQƏ

Təhlükəli BAKTERİYALAR siyahısı

Tarix:

5-03-2017, 13:30

/ 5 277 dəfə oxundu.
Təhlükəli BAKTERİYALAR siyahısı

Ekspertlərin fikrinə görə, hal-hazırda dünya çox ciddi təhlükə ilə qarşı-qarşıyadır. Gunaz.az saglamolun.az-a istinadən bildirir ki, bəzi təhlükəli bakteriyalar bir çox antibiotiklərə qarşı davamlılıq əldə edib.
Bu o deməkdir ki, artıq bəzi yayılmış antibiotiklər bu bakteriyalara təsir etmir və bu da gələcəkdə insanların bakterial infeksiyalardan kütləvi şəkildə həlak olmasına səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı ən təhlükəli bakteriyaların siyahısını tərtib edib. Siyahıya 12 patogen daxil olub. Bütün bu patogenlər antibiotiklərə davamlıdır.
Bakteriyalar 3 qrupa bölünüb: kritik təhlükəli, çox təhlükəli, orta təhlükəli.
- 1-ci qrupa Bauman akinetobakteriyası, göy irin çöpü, enterobakteriyalar
- 2-ci qrupa enterokokk fesium, qızılı stafilokokk, helikobakter pilori, kampilobakter, salmonella, qonokokk
- 3-cü qrupa pnevmokokk, hemofil çöpü və şiqella daxildir.
1-ci qrupa aid olan bakteriyalara nadir hallarda rast gəlinir. Bu olduqca təhlükəli bakteriyalardır ki, onlara yoluxma tez-tez ölümə səbəb olur.
2-ci qrup patoloji agentlər çox yayılmış bakteriyaldır və bu da alimlərdə xüsusi narahatçılıq doğurur.
3-cü qrup bakteriyalar sürətlə daha çox antibiotiklərə qarşı davamlılıq əldə edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ