SON DƏQİQƏ
» » "Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub" - "Qarabağ"ın qapıçısı

"Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub" - "Qarabağ"ın qapıçısı

Tarix:

19-04-2021, 18:04

/ 3 821 dəfə oxundu.
"Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub" - "Qarabağ"ın qapıçısı

"Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ayılanda üzüm qan içində idi”.

GünAz.az xəbər verir ki, bunu "Səbail” komandası ilə oyununda aldığı zədə barədə klubun rəsmi saytına açıqlamasında Şahruddin Məhəmmədəliyev deyib.

 

Azərbaycan millisinin qolkiperi hazırda özünü pis hiss etmədiyini bildirib:

"Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək”.

Hazırda müalicəsini davam etdirən Məhəmmədəliyev həmin epizodda ona xəsarət yetirən Amil Yunanov, "Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçuların əlaqə saxlayaraq, maraqlandıqlarını diqqətə çatdırıb:

"Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, "Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.

Qeyd edək ki, oyun zamanı top uğrunda mübarizədə Şahruddin Məhəmmədəliyevin üzü "Səbail”in hücumçusu Amil Yunanovun təpik zərbəsinə tuş gəlib. Nəticədə Məhəmmədəliyev görüşə davam edə bilməyib və yerini komandanın digər qapıçısı Emil Balayevə verib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ