SON DƏQİQƏ
» » Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

Tarix:

25-03-2021, 09:52

/ 4 157 dəfə oxundu.
Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.

Report-un məlumatına görə, "Whoscored" 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ