Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək.
Gunaz.az-ın məlumatına görə, bu oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.
B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması bu dəfə mundialda ilk qələbəsini qazanmağa çalışıb. Və buna nail də olub.
Belə ki, Portuqaliya Ronaldonun qolu ilə Mərakeş üzərində 1:0 hesablı qələbə qazanıb.
Portuqaliya - Mərakeş - 1:0 (İkinci hissə)
Qol: Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”