
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Ərtoğrul Nadirlinin atası Hümbət Nadirli ilə görüşüb.
Millət vəkili şəhidimizin atasını qələbə münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Qeyd olunub ki, Ərtoğrul şəhid olandan 52 gün sonra Sədərək Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
"Siz 52 gün yol gözləmisiz; sizin "təki balam gəlsin, qurban kəsəcəyəm” sözünüz və Ərtoğrulun cənazəsi gələn gün, tabutun önündə qurban kəsməyiniz bütün respublikada, dünya azərbaycanlıları arasında geniş təsir oyatdı. Oğlunuz tarixi zəfərin qazanılmasında öz rolunu oynadığı kimi, siz də öz ata dəyanətinizlə örnək oldunuz.
Biz Sizə çox minnətdarıq. Övladınızın ruhu qarşısında baş əyirik!
Ruhu şad olsun” – millət vəkili bildirib.
Görüşdə "Xalça dünyası" MMC-nin direktoru Əhməd Hüseynov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova iştirak edib.
































