SON DƏQİQƏ

Murovdağda şəhid olan hərbçimiz dəfn olundu

Tarix:

19-01-2021, 19:26

/ 6 835 dəfə oxundu.
Murovdağda şəhid olan hərbçimiz dəfn olundu

Azərbaycan ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn əsgəri torpağa tapşırılıb.

"Qafqazinfo”nun xəbərinə görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər, Daşkəsən rayon sakini, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlə vida mərasimi Daşkəsənin Alunitdağ qəsəbəsində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan ordusunda MAXE kimi xidmət edən N.Haqverdiyevin adı itkin düşən hərbçilər sırasında idi.

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ