SON DƏQİQƏ

Azərbaycan ermənilərə iki meyit verdi

Tarix:

16-01-2021, 13:52

/ 5 801 dəfə oxundu.
Azərbaycan ermənilərə iki meyit verdi

Azərbaycan Ordusu Qarabağda erməni əsgərlərin meyitlərini axtaran qrupa iki erməni meyiti verib.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Ordumuz Prezident İlham Əliyevin Şuşaya səfəri ilə bağlı Qırmızı Xaç Cəmiyyətinin və erməni əsgər valideynlərinin də qatıldığı axtarış dəstəsindən axtarışları dayandırmağı tələb edib. Prezidentin geri qayıtmasından sonra isə Talış-Suqovuşan istiqamətində Ordumuzun tapdığı iki erməni meyiti erməni axtarış qrupuna təhvil verilib.

Ordumuz artıq sözügedən qrupa meyitlərini axtarmağa yenə icazə verib və bugündən onlar 5 qrupa bölünərək 4 istiqamətdə - Hadrut, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində axtarışlar aparacaqlar.

Qeyd edilir ki, indiyədən döyüş meydanlarından 1232 erməni meyiti tapılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ