SON DƏQİQƏ

Qarabağda 1133 erməni meyiti tapıldı

Tarix:

30-12-2020, 16:00

/ 5 830 dəfə oxundu.
Qarabağda 1133 erməni meyiti tapıldı

Qarabağdakı axtarışlar zamanı son sutkada daha 22 erməni əsgərin meyiti tapılıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Bununla da Qarabağda 14 noyabrdan bəri axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1133-ə çatıb.

Bildirilib ki, axtarışlar Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilanda aparılıb.

"Bu gün daha bir qrup Füzulidə axtarış aparacaq. Bundan sonra axtarışların aparılıb-aparılmayacağı Azərbaycan tərəfdən asılıdır”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, erməni əsgər ailələrinin də cəlb olunduğu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin qatıldığı axtarışlara Azərbaycan Ordusu şərait yaradır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ