SON DƏQİQƏ

Azərbaycana bu bombanı göndərməmişik - Zelenski

Tarix:

3-11-2020, 14:25

/ 3 731 dəfə oxundu.
Azərbaycana bu bombanı göndərməmişik - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski erməni əsilli kinorejissor Sarik Andreasyanın rəsmi Kiyevin Azərbaycana guya hərbi yardım göndərməsi barədə ittihamlarına cavab verib.

Zelenski Teleqram hesabında Ukraynanın Azərbaycana heç vaxt fosforlu bomba göndərmədiyini bildirib.

"Səni başa düşürəm, Sarik. Müharibənin nə olduğunu əyani surətdə görəndə dəhşətli olur. Amma sən başqalarının saxta məlumatlarını yaymamalısan. Əvvəlcə, Ukrayna haqqında və Donbasda müharibə barədə belə yalanlar deyirdilər. Sonra Suriya müharibəsi barədə də eyni yalanlar yayıldı. İndi bu şayiə Dağlıq Qarabağ müharibəsi kontekstində ortaya atılıb. Bütün bunları edən eyni adamlardır. Amma Ukrayna heç vaxt və heç bir ölkəyə fosforlu bomba göndərməyib”, - Zelenski deyib.

скачать dle 12.1

Şərhlər