SON DƏQİQƏ

Elektrikli avtomobillərin idxalı kəskin azalıb

Tarix:

17-10-2025, 22:04

/ 2 635 dəfə oxundu.
Elektrikli avtomobillərin idxalı kəskin azalıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan tam elektrikli avtomobillərin sayı 30 faizdən çox azalıb.
GunAz.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycana 48 milyon 210 min dollar dəyərində 1 559 tam elektrikli avtomobil idxal edilib.
Mövzu ilə bağlı danışan nəliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, sözügedən avtomobillərin idxalına marağın azalmasının səbəblərindən biri həmin nəqliyyat vasitələrinin əksəriyyətinin rəsmi servisi və ya ehtiyyat hissələrinin olmamasıdır.
Ekspert hesab edir ki, elektromobillər üçün infrastrukturun olmaması qiymətlərə təsir etməyəcək. Lakin, əgər tətbiq olunan vergi güzəştlərinin müddəti gələn ildən uzadılmazsa, elektromobil, hibrid və plagin hibrid avtomobillərin qiymətlərində artım gözlənilir.

скачать dle 12.1

Şərhlər