SON DƏQİQƏ
» » Türkiyəli sənətçinin həyatından bəhs edən filmin hazırlıqlarına başlandı

Türkiyəli sənətçinin həyatından bəhs edən filmin hazırlıqlarına başlandı

Tarix:

10-06-2023, 09:14

/ 1 528 dəfə oxundu.
Türkiyəli sənətçinin həyatından bəhs edən filmin hazırlıqlarına başlandı

"Diva” kimi tanınan məşhur türkiyəli sənətçi Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlanılıb.

Filmin 2024-cü ilin sonlarında tamamlanacağı gözlənilir.

Bu barədə jurnalist Sina Koloğlu sosial media hesabında məlumat verib.

"Jurnalist Tuğrul Eryılmaz, psixiatr Camal Dindar, sosioloq Göksel Aymaz, jurnalist-yazıçı Gülşen İşeri, musiqi müəllifi Murat Meriç, yazıçı Murat Özyaşar və yazıçı-dramaturq Erdinç Ulutaşın da olduğu böyük bir məsləhətçi qrupu ilə ssenari çalışmalarına başlandı. Film böyük ehtimal, 2024-cü ilin sonuna qədər hazır olar”, - deyə o qeyd edib.

Sina Koloğlunun sözlərinə görə, hazırda Bülent Ərsoyla müsahibələr aparılır. "Jurnalist, sosioloq, psixiatrın olması önəmlidir. Hər bir mütəxəssis öz sahəsi üzrə suallar hazırlayır. Sonunda suallar ümumiləşdiriləcək və nəticəyə gəlinəcək”, - deyə o əlavə edib//oxu.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ