SON DƏQİQƏ

Güclü külək əsəcək, yağış yağacaq

Tarix:

5-04-2023, 15:05

/ 1 490 dəfə oxundu.
Güclü külək əsəcək, yağış yağacaq

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
скачать dle 12.1

Şərhlər