SON DƏQİQƏ
» » Seçkiyə qatılmayan Serj Sarqsyan səsvermələr haqqında məsləhətlər verəcək

Seçkiyə qatılmayan Serj Sarqsyan səsvermələr haqqında məsləhətlər verəcək

Tarix:

15-05-2021, 15:52

/ 6 186 dəfə oxundu.
Seçkiyə qatılmayan Serj Sarqsyan səsvermələr haqqında məsləhətlər verəcək

Ermənistanın keçmiş prezidenti, müxalif Respublika partiyasının sədri Serj Sarqsyan növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

GünAz.az bu barədə "İnterfaks”a istinadən xəbər verir.
"Mən bildirdim ki, yüksək dövlət postuna daha iddia etmirəm. Adım seçkiqabağı siyahıda olmayacaq. Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı”, – o, jurnalistlərə deyib.
Həftənin əvvəllərində Ermənistan prezidenti Armen Sarkisyan iyunun 20-də ölkədə parlament seçkilərinin keçirilməsi haqqında fərmanı imzalayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ