
Ölkəmiz ərazi cəhətdən kiçik olmasına baxmayaraq kənd təsərüfatı sahəsində bir çox irəliləyişə nail olunmaqdadır. Son zamanlar Prezident İlham Əliyevin göstərişi ilə qeyri neft soktorunun dirçəlməsi üçün görülən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki ölkəmizdəki fermerlər güzəştli şərtlətlə kənd təsərrüfatı malları ala bilir. Heyvandarlıq sahəsində vergidən azad edilməklə yanaşı xaricdən gətirilmiş ətlik və südlük damazlıq heyvanlar fermerlərə güzəştli şərtlətlə satılmaqdadır.
İndi ölkəmiz nəinki kənd təsərüfat malları idxalını azaldıb, hətta bəzi kənd təsərrüfatı malları ixracına başlayıb bu da olkəmizin həm iqtisadiyyatına həm də əhalimizin rifahına yaxşı təsir göstərəcək.
Preziden İlham Əliyevin göstərişi ilə bəzi əkin sahələrinə yüksək məbləğdə subsidiyaların verilməsi demək olar ki, kənd təsərüfatında canlanma yaradıb. Mən də bu şansdan yararlanaraq öz əkin sahəmdə yeni intensiv bağ salmışam.
Ölkəmizdə tekstil və toxuculuq sahəsini inkişaf etdirmək üçün baramaçılığı genişləndirməklə yanaşı kəndlərə fermerlərə pulsuz tut tingləri paylanılıb, bu da yaxın gələcəkdə baramaçılığın inkişafına təkan verəcək. Xalçaçılıq xalqımızın qədim peşələrindən biri olsa da keçmiş SSR-in dağılmasından sonra bu sahə demək olar ki çökmüşdü. Amma indi bu sahə dirçəliş dövrünü yaşamaqdadır.
Eyni zamanda qeyri neft sektorunda əsas gəlirlərdən biri sayılan tütün məhsullarının xaricdən idxal edilirdi, bu da ölkəmizdən çoxlu sayda valiyuta çıxarılması ilə nəticələnirdi. Bunun qarşısını almaq üçün cənab prezidentin göstərişi ilə bölgələrdə tütünçülüyün inkişafi üçün müəyyən tədbirlərin görülməsi təqdirə layiq bir addım kimi görürük.
Son zamanlar ölkəmizin kənd təsərrüfatı sahəsində uğurlarının bariz nümunəsi olaraq kənd təsərrüfatı malları bir çox ölkələrə ixrac edilməkdədir. Bu məhsullara pomidor, pambıq, findiq, alma, nar və s. nümunə göstərmək olar.
Torpaqlarımızın işğaldan azad olunması yaxın gələcəkdə yeni kənd təsərüfatı mallarının və ümumilikdə kənd təsərrüfatının daha da sürətlə inkişaf etməsinə təkan verəcək. Bütün bu göstərilənlər cənab prezidentin qeyri neft sahəsində apardığı islahatların bir daha doğru olduğunu sübut edir.
YAP Masallı rayon təşkilatının aparat rəhbəri
Eyvazov Fəxrəddin