SON DƏQİQƏ

Vağzalın yanında top mərmiləri tapıldı

Tarix:

28-05-2020, 09:05

/ 2 801 dəfə oxundu.
Vağzalın yanında top mərmiləri tapıldı

Mayın 27-də saat 17:00 radələrində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığında top mərmisinin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Beyləqan rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidəki bir evə və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 125 mm-lik top mərmisi (BK-14) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Top mərmilərinin ətrafında 50 kvadratmetr əraziyə yerüstü, 80 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ